19 
Fev
2018
17:43
36
130
5053
Virtual karabakh

İlin ən yaxşıları bəlli oldu – SİYAHI

19 Fev, 2018
17:43
5053

İlin ən yaxşıları bəlli oldu – SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Londonda Britaniya Kino və Televiziya İncəsənəti Akademiyasının (BAFTA) 71-ci mükafatlandırma mərasimi keçirilib. 

Oxu.Az xəbər verir ki, mərasim “Royal Albert Hall” zalında baş tutub.

Gecəyə qatılan məşhurlar bir-birindən şıq geyimləri ilə diqqət çəkiblər.

Rəsmi tədbir zamanı isə gecənin ən çox mükafat qazananı Martin Makdonahın “Ebbinq sərhədində üç bilbord: Missuri” filmi olub. O, beş nominasiyanın qalibi seçilib. Digər qaliblərin siyahısı isə aşağıdakı kimidir: 

Ən yaxşı montaj: “Sükan arxasında körpə” 

Ən yaxşı vizual effektlər: “Ülgücün üstü ilə qaçan 2049”

Ən yaxşı film musiqisi: Aleksandr Despla — “Suyun şəkli” 

Ən yaxşı dekorasiya: “Suyun şəkli”

Ən yaxşı dizaynlı geyimlər: “Xəyali sap”

Ən yaxşı qrim və saç düzümləri: “Qara günlər” 

Ən yaxşı səsləndirmə: “Dünkerk”

Parlamaqda olan ulduzlar: Deniel Kaluyya – “Rədd ol”

Ən yaxşı film: “Ebbinq sərhədində üç bilbord: Missuri” 

İlin ən yaxşı Britaniya filmi: “Ebbinq sərhədində üç bilbord: Missuri” 

Ən yaxşı rejissor: Gilyermo del Toro – “Suyun şəkli” 

Ən yaxşı qadın rolu: Frensis Makdormand  – “Üç bilbord…” 

Ən yaxşı kişi rolu: Qeri Oldman – “Qara günlər” 

Ən yaxşı orijinal ssenari: “Ebbinq sərhədində üç bilbord: Missuri”

Ən yaxşı uyğunlaşdırılmış ssenari: “Məni öz adımla çağır”

Xarici dildə ən yaxşı film: “Qulluqçu” (Cənubi Koreya) 

Ən yaxşı animasiya filmi: “Kokonun sirri”

Ən yaxşı operator işi: Rocer Dikins – “Ülgücün üstü ilə qaçan 2049” 

İkinci planda ən yaxşı qadın rolu: Ellison Cenni – “Tonya hamıya qarşı” 

İkinci planda ən yaxşı kişi rolu: Sem Rokuell – “Üç bilbord…”

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri