14 
Mar
2018
15:56
160
104
5595
Virtual karabakh

“Güc sahibi” filminin qala-gecəsi keçirilib – FOTO

14 Mar, 2018
15:56
5595

“Güc sahibi” filminin qala-gecəsi keçirilib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında mistika, triller janrında olan “Güc sahibi” Azərbaycan filminin qala-gecəsi keçirilib.

Oxu.Az xəbər verir ki, filmin qala-gecəsində filmdə rol alan aktyorlar, tanınmış incəsənət nümayəndələri, qonaqlar və media nümayəndələri iştirak ediblər.

Nərgiz Mahmudzadə filmin rejissoru, ssenari müəllifi və baş qəhrəmanıdır.

Baş rollarda Nərgiz Mahmudzadə, İlqar Musayev, Gülşən Hüseynli, Mehin Hümbətova və Sənan Əlləz çəkilib.

Qısaca film haqqında: Film üç uşaqlıq dostundan bəhs edir. Dostlar ABŞ-dan gələn qız dostlarına ev kirayələyirlər. Ev kənardan adi görünsə də, qonşu evdə qəribə hadisələr baş verir.

Bir gün dostun ad günü düzənlənir və həmin əyləncə gecəsində çox şeylər məlum olur. Əsas hadisələr isə ad günündən sonra cərəyan edir…

Qeyd edək ki, film sabahdan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri