Apr
2018
11:15
35
165
5691
Virtual karabakh

Leyla Abaşidze vəfat etdi

9 Apr, 2018
11:15
5691

Leyla Abaşidze vəfat etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış sovet və gürcü aktrisası və kinorejissor Leyla Abaşidze Tbilisidə, 89 yaşında vəfat edib.

Oxu.Az-ın “RİA Novosti”yə istinadən xəbərinə görə, aktrisa uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Abaşidze 1951-ci ildə Tbilisi Teatr İnstitutunun aktyorluq fakültəsini bitirib.

1964-cü ildə Abaşidze Çeçen-İnquş ASSR-in, 1965-ci ildə isə Gürcüstan Xalq artisti fəxri adına layiq görülüb.

“Keçmişlə görüş” filmində ən yaxşı rola görə 1967-ci ildə Cənubi Qafqaz Respublikaları və Ukrayna kinofestivalının diplomu ilə təltif edilib. 

2010-ci ildə aktrisa Gürcüstanın fəxri vətəndaşı adına layiq görülüb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri