12 
Apr
2018
06:11
61
35
3427
Virtual karabakh

Nobel Akademiyasında məlumat sızması və təcavüz qalmaqalı

12 Apr, 2018
06:11
3427

Nobel Akademiyasında məlumat sızması və təcavüz qalmaqalı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsveç qəzeti “Dagens Nyheter” Nobel Ədəbiyyat Mükafatını verən İsveç Akademiyası haqda qalmaqala səbəb olacaq xəbər yayımlayıb.

Oxu.Az xəbər verir ki, məlumata görə, akademiya nümayəndələrindən birinin – isveçli şair Katarina Frostensonun əri Jan Klod Arnault illərdir mükafata layiq görülən adları gizli şəkildə başqalarına ötürüb.

Bununla o, 100 illik Nobel qaydalarını kobud şəkildə pozub.

Xəbərə görə, ilk pozuntu faktı 1996-cı ildə qeydə alınıb və indiyədək yeddi dəfə təkrarlanıb.

Eyni şəxsin içində akademiya nümayəndələrinin də olduğu 18 qadına təcavüz etdiyi bildirilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri