31 
May
2018
14:57
56
26
2487
Virtual karabakh

“CinemaPlus”da “Yay Uşaq Kino Festivalı”

31 May, 2018
14:57
2487

“CinemaPlus”da “Yay Uşaq Kino Festivalı”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər iyunun 1-i Uşaqların Beynəlxalq müdafiəsi günü qeyd olunur. 

“CinemPlus” kinoteatrlar şəbəkəsi də ənənələri pozmayaraq, iyunun 1-dən 10-dək yay uşaq kino festivalı keçirəcək və bütün ailə ilə izləmək üçün altı cizgi filmi və bir uşaq filminin nümayişi ilə həzz dolu anlar yaşadacaq.   

“Leonardo: Mona Liza missiyası”: “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş cizgi filmində Leonardo özünü kəşflərə həsr edib, sakit və sülh içində yaşayır. Onun dostu Lorentso hər şeydə ona kömək edir və dəstək olur, lakin gözəl Cokonda Leonordonun qəribə fikirlərini lağa qoyur. 

“Ağ atlı şahzadə”: “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş cizgi filmində yaraşıqlı şahzadəni hər kəs arzulayır, Ağ atlı şahzadəni isə ümumiyyətlə. Şahzadəyə vergi hələ doğularkən verilib: qızlar onun gülüşü üçün hər şeyə razıdırlar, o isə bunun əvəzində kişilərin mömin qəzəbinə tuş gələcək. 

“İki quyruq” cizgi filmində iki dost olan Pişik Maks və Qunduz Bobun sərgüzəştlərindən bəhs edən hekayə. Bu qədər bir-birindən fərqli qəhrəmanlara rast gəlmək mümkün deyil! 

“Kral Şakir” cizgi filmində hər kəsin sevərək izlədiyi Kral Şakir yeni macəraya dəvət edir. Laboratoriyada aparılan təcrübələrdən sonra Fil Necatinin telefonundakı oyun vasitəsilə real dünya arasında qapı açılır. 

“Smeshariki. Dejavü” cizgi filmində Kroş Kopatıç üçün unudulmaz ad günü təşkil etmək qərarına gəlir – o, müştərilərinə zamana səyahət vəd edən “Dejavü” agentliyinə müraciət edir. 

“Sadko” cizgi filmində baş qəhrəman gözəl və şən oğlan. Lakin əsl sevgi naminə o həmçinin döyüşməlidir də. Özü də sualtı kaftar Barrrakuda ilə. Lakin sevgi hər halda qalib gələcək.  

“Məxfi itlər” filmində ciddi xəfiyyə qeyri-adi həmkarı – bir dəqiqə belə susmayan və repdən həzz alan, danışan köpək Maks ilə işləməlidir. Birlikdə onlar Las-Veqasa yollanırlar, harada ki, elit it sərgisində nadir heyvanların təkrar satışında dələduzluq işləri baş verir. 

Əziz valideynlər, uşaqlarınızı bu bayram günlərində sevindirməyə tələsin.

Biletləri kinoteatrların kassalarından, rəsmi www.cinemaplus.az saytından, mobil əlavədən, 012 499 89 88 və ya 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri