İyl
2018
17:34
30
139
3159
Virtual karabakh

“CinemaPlus” “Kəkliotu”dan 4x4 aksiyasına start verir - VİDEO

6 İyl, 2018
17:34
3159

“CinemaPlus” “Kəkliotu”dan 4x4 aksiyasına start verir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyulun 5-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində “Cinemazadeh” studiyasının istehsalı olan “Kəklikotu” macəra komediyasının 4x4 aksiyası start götürür.

Bazar ertəsindən cümə axşamınadək bütün gün ərzində biletlər cəmi 4 manat təşkil edəcək. Aksiya yay mövsümünün sonunadək davam edəcək. Filmdə 20-dən çox məşhur aktyor, müğənni və rejissor təqdim olunub. 

Filmin baş produseri Cəfər Axundzadə, quruluşçu rejissorlar Cəfər Axundzadə və Vüqar İslamzadə, ssenari müəllifləri Vüqar Hüseynov və Talıb Əhmədov, quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Rüstəm Zeynalov, musiqi üzrə direktoru Aynur Axundzadə, icraçı prodüseri Tural Əsədov və Xətai Əlidir.  

Filmdə Müşfiq Şahverdiyev, Nigar Camal, İslam Mehrəliyev, Əlixan Rəcəbov, Aqil M Quliyev, Məcid Hüseynov, Fərda Amin, Elcan Rəsulov, Kamran Ağabalayev, Ceyhun Zeynalov (Jin), Kənan MM, Oqtay Əliyev, Rövşən Məmmədli, Nofəl Şahlaroğlu, Samir Qulamov, Vüsal Hacıqədir, Oksana Rəsulova, Kamran Həsənli, ABD Malik, Dilarə Kazımova, Şəhriyar Əbilov, Samirə Əfəndiyeva, Xalq artisti Faiq Ağayev və digər tanınmışlar rol alıb.

Meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlu bir nəfərə çatacaq bir kisə kəklikotunu başqasına satırlar. Sən demə, kisədəki kəklikotu deyilmiş. Dəyəri milyonla ölçülən həmin əmanətin yiyəsindən yaxa qurtarmaq isə qəliz məsələdir.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralarla sevindirməyə hazırdır.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri