İyl
2018
09:26
40
241
2737
Virtual karabakh

“Hörümçək adam”ın yaradıcısı vəfat edib

7 İyl, 2018
09:26
2737

“Hörümçək adam”ın yaradıcısı vəfat edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı rəssam və yazıçı, “Marvel Comics” şirkəti üçün personajlar, o cümlədən “Hörümçək adam” və “Doktor Strenc”i yaratmış Stiv Ditko 90 yaşında vəfat edib. 

Oxu.Az TASS-a istinadla xəbər verir ki, rəssamın cəsədi Nyu-Yorkda evində tapılıb.

O, iki gün əvvəl vəfat etdiyindən, ölümün səbəbi açıqlanmır. Rəssam heç vaxt evli olmayıb.

Stiv Ditko “Hörümçək adam”ı məşhur komikslər müəllifi Sten Li ilə birlikdə 1961-ci ildə yaradıb. O, həmçinin “Doktor Osminoq”, “Qum adam”, “Kələz və Yaşıl Qoblin”in yaradılmasına kömək edib.

Stiv Ditko “Doktor Strenc”i 1963-cü ildə yaradıb. “Marvel Comics” şirkətini tərk edən rəssam 1979-cu ildə oraya qayıdıb. Son işlərindən biri 1992-ci ildə yaratdığı “Squirrel Girl” olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri