19 
İyl
2018
17:15
162
51
4094
Virtual karabakh

Kikabidze SSRİ gerbinə nifrətinə bəraət qazandırdı

19 İyl, 2018
17:15
4094

Kikabidze SSRİ gerbinə nifrətinə bəraət qazandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mimino”nun ulduzu Vaxtanq Kikabidzenin iyulun 19-da 80 yaşı tamam olub. O, yubileyini necə keçirməsindən, onun sağlamlığına zərər vuran pis vərdişlərindən, Rusiya və Sovet İttifaqına qarşı münasibətindən danışıb. 

Oxu.Az “Утро.ру” saytına istinadla xəbər verir ki, Vaxtanq Kikabidze doğum gününü iki gün boyunca qeyd etmək niyyətindədir. 

Bu gün o, yaxınlarını Batumidəki evinə yığacaq, sabah isə dostları ilə restoranlardan birində əylənmək fikrindədir. 

Onun özünün yazdığı mahnılardan ibarət yubiley konserti avqustun 19-da keçiriləcək. Bir həftə sonra Kikabidze Bakıdakı “Jara” festivalına qatılacaq və payızda Tbilisidə çıxış edəcək. 

Vaxtanq Kikabidze öskürəkdən əziyyət çəkir. Bu öskürək soyuqdəymədən deyil, siqaretdəndir.

“Siqareti atmağı həkim mənə məsləhət görmür. Doqquz yaşımdan çəkirəm”, - o deyib. 

Rusiyada konsert verməklə bağlı suala Kikabidze belə cavab verib:

“Mən artıq 10 ildir ki Rusiyada olmamışam. Ancaq bu, o demək deyil ki, rus xalqını və rus ictimaiyyətini sevmirəm.  Mənim adımdan bütün ruslara salamlarımı yetirin. Onları çox sevirəm”.

Bundan başqa, aktyor siyasi bəyanət verməsi ilə bağlı informasiyaları təkzib edib. O deyib ki, SSRİ gerbi ilə bağlı dediyi sözlər simvolun estetik görünüşü ilə bağlıdır. 

Vaxtanq Kikabidze “Niyə hər zaman SSRİ-ni söyürsünüz? Axı o, sizi məşhur edib” sözlərinə belə cavab verib:

“Məni SSRİ məşhurlaşdırmadı, özüm özümü məşhurlaşdırmışam”. 

O, özünü müxalif hesab etmir.

“Mən Rusiyanı sevirəm. Gerblə bağlı tarix şişirdilib”, - o qeyd edib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri