30 
İyl
2018
18:06
389
13
3601
Virtual karabakh

Həsən Məmmədovun yubileyi qeyd ediləcək

30 İyl, 2018
18:06
3601

Həsən Məmmədovun yubileyi qeyd ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev iyulun 30-da Xalq artisti Həsən Məmmədovun anadan olmasının 80 illiyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Oxu.Az xəbər verir ki, sərəncama əsasən, Həsən Məmmədovun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsi Mədəniyyət Nazirliyinə tapşırılıb.

Sərəncamda vurğulanır ki, 2018-ci ilin noyabr ayında Azərbaycanın kino və teatr sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Xalq artisti Həsən Məmmədovun anadan olmasının 80 illiyi tamam olur.

Həsən Məmmədov Azərbaycan kinosunun qızıl fondunu təşkil edən filmlərdə təkrarolunmaz ifa tərzi ilə ekran həyatı verdiyi parlaq xarakterlər, həmçinin teatr səhnəsində canlandırdığı surətlərlə ölkənin mədəniyyət xəzinəsini zənginləşdirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri