Avq
2018
23:00
46
529
29914
Virtual karabakh

Əməkdar artist vəfat etdi - YENİLƏNİB

1 Avq, 2018
23:00
29914

Əməkdar artist vəfat etdi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Atam komada idi. Bir saata yaxın olar ki, dünyasını dəyişib.

Bu sözləri Oxu.Az-a Əməkdar artist Həsənağa Sadıqovun oğlu Elşən Sadıqov deyib.

O, atasının vəfat etdiyini təsdiqləyib.

Qeyd edək ki, bu gün Həsənağa Sadıqovun ölüm xəbəri çıxsa da, sonradan oğlu və yaxınları sənətçinin ölmədiyini, can üstə olduğunu bildirmişdi.

15.05

Əmim sağdır, ölməyib.

Oxu.Az xəbər verir ki, bu sözləri ölüm xəbəri yayılan Əməkdar artist Həsənağa Sadıqovun qardaşı qızı Afaq Sadıqova sosial şəbəkədə yazıb.

O bildirib ki, Sadıqov özünə gəlib:

“Allahdan mənim ömrümdən alıb, əmimə verməsini istəyirəm. Əmimdən doymamışam. Nəfəsim yoxdur sanki. Atama yazığım gəlir. Əmim üçün dua edin”.

13:35

Bir müddətdir xəstəlikdən əziyyət çəkən Əməkdar artist Həsənağa Sadıqov vəfat edib.

Oxu.Az xəbər verir ki, o, 67 yaşında dünyasını dəyişib.

Onu da əlavə edək ki, mərhum xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Əməkdar artistin dəfn mərasimi Salyan rayonunda keçiriləcək.

Qeyd edək ki, sənətkar 1968-ci ildə Salyan şəhər 2 saylı orta məktəbi bitirib.

1963-cü ildə Bakıda Həsənağa Sadıqovun ilk maqnitofon kaseti çıxıb, zərb alətlərində bacarıqla çaldığı mahnılar və ritmlərlə məşhurlaşıb.

Həsənağa Sadıqov bacarıqlı və istedadlı musiqiçi kimi nəzəri ixtisasının artırılmasına da xüsusi fikir verib. Belə ki, o, 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetini “Mədəni-marif işi” ixtisası üzrə bitirib. 

1985-ci ildə Ümumdünya musiqi festivalında iştirak edən H.Sadıqov bacarıqlı musiqi istedadı ilə münsiflər heyətinin və tamaşaçıların dərin rəğbətini qazanıb, festivalın qızıl medalı ilə təltif olunub. Həsənağa Sadıqov Amerika Birləşmiş Ştatlarında, Norveçdə, Vyetnamda, Almaniyada, eləcə də, Afrika qitəsinin bir çox ölkələrində geniş konsert proqramı ilə çıxış edib.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri