Avq
2018
15:24
143
32
8308
Virtual karabakh

Yuli Qusman – 75!

8 Avq, 2018
15:24
8308

Yuli Qusman – 75!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün tanınmış kino və teatr rejissoru, teleaparıcı, aktyor, Rusiyanın Əməkdar incəsənət xadimi, Azərbaycanın Xalq artisti, Bakıda doğulan Yuli Qusmanın 75 yaşı tamam olur. 

Oxu.Az xəbər verir ki, Rusiya baş naziri Dmitri Medvedev ona öz təbriklərini ünvanlayıb. 

“Siz incə improvizasiya və tükənməz optimizmlə tamaşaçıların könlünü fəth edirsiniz”, - hökumətin saytında dərc olunan teleqramda deyilir. 

“Siz demişdiniz: “İnsanlar dünyaya gəlməklə onlara xoşbəxtlik biletinin düşdüyünü fikirləşmirlər. Bu ki çox əladır – yaşamaq!” Məhz bu yaşam sevgisinə görə dünyada milyonlarla tamaşaçı sizi dəyərləndirir. 

Siz bütün işlərinizi həyat eşqi ilə həyata keçirirsiniz: kino çəkirsiniz, KVN-də çıxış edirsiniz, tok-şou aparırsınız”, - Rusiya baş naziri qeyd edib. 

Bundan əvvəl, Azərbaycan prezidenti İlham Əliyev Yuli Qusmanın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Tanınmış rejissor bu mükafata Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin inkişafı üzrə uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri