14 
Avq
2018
13:04
36
281
8969
Virtual karabakh

Qeyri-ənənəvi film çəkilişi: “Жара в Баку” – FOTO/VİDEO

14 Avq, 2018
13:04
8969

Qeyri-ənənəvi film çəkilişi: “Жара в Баку” – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Emin Ağalarovun baş prodüseri olduğu “Жара в Баку” filminin Bakıdakı çəkilişləri davam edir.

Oxu.Az xəbər verir ki, filmin baş qəhrəmanları Moskvadan olan Darya və bakılı Muraddır.

Həmçinin, filmdə “Jara” festivalında iştirak edən Rusiya estradasının məşhur ulduzları da çəkilir. Filmdə prodüseri isə Teymur Cəfərovdur.

O, ötən gün filmin qəhrəmanları ilə birgə media nümayəndələrinə açıqlama verib. Çəkiliş prosesinin çətinliyindən danışan Cəfərov jurnalistləri film haqda məlumatlandırıb.

“Filmdə hadisələr “Jara” festivalına gələn sərnişinləri daşıyan təyyarədən başlanır. Həmin təyyarədə filmin qəhrəmanlarından olan Daşa da olur. Ekran işində maraqlı personajlar yer alıb. Biz maksimum şəkildə tamaşaçılara keyfiyyətli iş təqdim etmək istəyirik”, - deyə prodüser bildirib.

Prodüser vurğulayıb ki, film qeyri-ənənəvi üsulla çəkilir:

“Bu filmi çəkmək çox çətindir. Çünki hər şey rejissorun nəzarətində deyil. Hadisələr bir xətt üzrə irəliləsə də, hadisələrin çoxu spontan alınır. Biz qeyri-mümkünü edirik, necə qarşılanacağı isə artıq tamaşaçıdan asılıdır”.

Filmdə baş rollardan birini canlandıran Diana Pojarskaya filmdə oynamaqdan zövq aldığını bildirib:

“Canlandırdığım obraz çox xoşuma gəlir. Onu tamam fərqli etmək üçün çalışıram. İstəyirəm ki, bütün obrazlarımdan fərqlənsin. Çəkiliş zamanı “Jara” səhnəsində də çıxış etdim. Bu, mənim üçün gözlənilməz idi. Ancaq öhdəsindən gəldim. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm”.

Azərbaycanın yeməklərini çox bəyəndiyini dilə gətirən Diana Bakıdan məmnun olduğunu vurğulayıb:

“Bakı xoşuma gəlir. Azərbaycan mətbəxinə isə heyranam. Balıqdan, ətdən, yerli yeməklərdən dadmışam. Ən çox qutabı sevdim. Həmçinin, buranın şərabları da əladır”.

Murad obrazına həyat verən Nail Abraxmanov isə filmdə azərbaycanlını canlandırır:

“Deyirlər, isti çəkilişlərə mane olur. Ancaq əksinə, bizim üçün belə havada işləmək daha rahatdır. Mənim tələffüzümün necə olacağı barədə ilk başlarda tərəddüd olsa da, bir həftə Bakıda yaşadıqdan sonra bu problem aradan qalxdı”, - deyə Nail söyləyib.

Qeyd edək ki, filmin Azərbaycandakı yayım hüququ “Cinema Distribution” şirkətinə aiddir. Film “Cinemaplus” kinoteatrlarının şəbəkəsində göstəriləcək.

Pərviz Hüseyn
FOTO/VİDEO: Ceyhun
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri