26 
Sen
2018
16:27
8
15
3057
Virtual karabakh

Aybəniz Haşımova: Şövkət Ələkbərovanın yoxluğunu hiss etməmişəm

26 Sen, 2018
16:27
3057

Aybəniz Haşımova: Şövkət Ələkbərovanın yoxluğunu hiss etməmişəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Aybəniz Haşımova Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konsert verəcək.

24 oktyabr tarixində sevənlərinin qarşısına çıxmağa hazırlaşan Haşımova təəssüratlarını Oxu.Az-la bölüşüb:

“Bu il mənim 50 yaşım, sənətdə olmağımın isə 40 ili tamam olur. Eyni zamanda, ustadım Şövkət Ələkbərovanın 90 illik yubileyidir. Konsertimizin adı “Mənim ömür nəğmələrim” adlanır. Bu konserti etməkdə məqsədim sırf  Şövkət xanımın ruhunu xoş etməkdir.

30 ilə yaxındır ki, Şövkət Ələkbərova bu dünyada deyil. Lakin mən onun yoxluğunu heç vaxt hiss etməmişəm. Çünki ailəsi hər zaman yanımdadır. Bizi Qara Qarayev adına Kamera Orkestrı və Gülarə Əliyeva adına Azərbaycan Dövlət Televiziyasının “Dan ulduzu” instrumental ansamblı müşayiət edəcək. Konsert antraktsız iki saat olacaq. 

Konsert üçün Filarmoniyanı seçməyimin səbəbi ilk dəfə böyük səhnədə Şövkət xanımın qarşısında məhz burada oxumağımdır”.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri