Okt
2018
10:50
32
118
4207
Virtual karabakh

Pentaqon İranın Suriyaya zərbələrinə cavab verdi

2 Okt, 2018
10:50
4207

Pentaqon İranın Suriyaya zərbələrinə cavab verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tehranın Suriyada ekstremistlərə zərbə endirməsi İŞİD terror təşkilatına qarşı fəal mübarizə aparan qüvvələri birbaşa təhlükə altında qoyur. 

Oxu.Az TASS agentliyinə istinadla xəbər verir ki, bu fikirləri ABŞ-ın Müdafiə Nazirliyinin nümayəndəsi Şon Robertson deyib. 

Onun sözlərinə görə, İranın fəaliyyəti düşüncəsiz, təhlükəsizdir və gərginliyi artırmağa hesablanıb.

“Rusiya Federasiyası və koalisiya kimi təcrübəli qüvvələr münaqişənin həlli üçün apardıqları əməliyyatlarla bağlı təhlükəsizliyi təmin etmək üçün xüsusi kanal vasitəsilə daim əlaqə saxlayırlar. İran bu cür addımlar atmayıb”, - Robertson qeyd edib. 

Pentaqon nümayəndəsi qeyd edib ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri İŞİD-in Fərat çayının vadisində qalan silahlılarına da zərbə endirmək gücünə malikdir. 

Xatırladaq ki, oktyabrın 1-də İran Suriyada Fərat çayının şərq sahillərinə aviazərbələr endirib. Aviazərbələrə səbəb İranın Əhvaz şəhərində baş verən və 25 nəfərin ölümünə səbəb olan terror aktının təşkilatçılarının mövqelərini məhv etmək olub.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri