Okt
2018
14:13
127
66
10449
Virtual karabakh

Zümrüd Qasımova: Abırlı geyinir, ancaq içi murdardır - FOTO

5 Okt, 2018
14:13
10449

Zümrüd Qasımova: Abırlı geyinir, ancaq içi murdardır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aktrisa Zümrüd Qasımova uzun zaman sonra imicini dəyişərək, saçlarını qırmızıya boyayıb.

Sənətçi Oxu.Az-a açıqlamasında saç rənginin dəyişdirməsini əhvalı ilə əlaqələndirib:

“Xüsusi bir səbəbi yoxdur, əhvalım pis idi, öz əllərimlə saçımın rəngini qırmızıya boyadım. Düşündüm ki, çox qısa kəsdirim, sonra fikirləşdim ki, bu qədər də olmaz. Əvvəlcə rəngdən başlamalıyam. Səhər oyandım, çalar var idi, götürüb rənglədim, hamı şoka düşdü”. 

O bildirib ki, bundan sonra saç rəngində daha əlvan çalarlara üstünlük verəcək.

“Fikirləşirəm bundan sonra əvvəlcə yaşıl, daha sonra isə göy rəngə boyayım”, - deyə Zümrüd bildirib.

Qasımova insanların iradları ilə bağlı kompleks yaşamadığını da vurğulayıb:

“Mentalitet insanın daxilində olmalıdır, saç və geyimlə bağlı olan bir şey deyil. Baxırsan abırlı geyinib, ancaq içi murdardır. Mən aktrisayam, istədiyim hər obraza girə bilərəm”.

Uzun zamandır filmə və seriala çəkilməyən aktrisa yeni layihəsinin olduğunu qeyd edib:

“Dram janrında yeni filmə çəkiləcəyəm. Mən komediya aktrisası deyiləm. Hazırda filmin məşqləri gedir”. 

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri