10 
Okt
2018
16:00
19
64
2188
Virtual karabakh

“CinemaPlus” kinoteatrı “Sevimli Bala” ilə əməkdaşlığa başlayıb

10 Okt, 2018
16:00
2188

“CinemaPlus” kinoteatrı “Sevimli Bala” ilə əməkdaşlığa başlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus” kinoteatrlar şəbəkəsi “Sevimli Bala” məşhur uşaq klubu şəbəkəsi ilə əməkdaşlığa başlayıb.

“Sevimli Bala” Uşaq Mərkəzləri şəbəkəsinin filialı olan “Talent Studio by Sevimli Bala” tamamilə yeni - Film Academy layihəsinə start verib.

Yeni konsepsiyalı layihə gələcək ulduzlar üçün kino dünyasına yol açacaq! Altı ay müddətində öz işlərinin peşəkarları uşaqları aktyor ustalığı, aparıcı, rejissor, operator, qrimçi sənəti ilə tanış edəcəklər, həmçinin, onları əsl natiq olmaq üçün düzgün səhnə nitqini öyrədəcəklər.

Altı aylıq kursun nəticəsi olaraq, peşəkar münsiflər heyəti qalibi seçəcək, hansı ki, əsas uduş olaraq Çexiyada kino-düşürgəyə səfər qazanacaq. Düşərgə Karlovı Varıda təşkil olunan Beynəlxalq Kinofestival zamanı keçiriləcək və xüsusi ekskursiyalarda və müxtəlif tədbirlərdə iştirak etmək, həmçinin, Çexiyanın Hollivudu sayılan məşhur “Barrandov Studios” studiyasını ziyarət etmək imkanı yaradır.

“Film Academy”nin proqramına aktyorluq dərsləri, ritorika, ekskursiyalar və xüsusi qonaqlar tərəfindən master-klasslar daxildir.

Layihədə iştirak yaşı 9-13 arasıdır.

Qeyd edək ki, layihənin baş sponsoru “CinemaPlus” kinoteatrlar şəbəkəsidir, sponsoru isə “Harmits Studio”dur.

2016-ci ildə fəaliyyətə başlamış Talent Studio by Sevimli Bala Sevimli Bala“” şirkətlər qrupuna daxildir və müxtəlif növdə rəqs, rəngkarlıq, modelləşdirmə və başqa məşğələlər vasitəsilə uşaqların yaradıcı potensialının inkişafı mərkəzidir. Sevimli Bala layihəsi 2014-ci ilin aprelində böyüyən nəslin inkişaf və tərbiyəsinə öz töhfəsini vermək məqsədilə yaradılıb.

Sevimli Bala şəbəkəsinin ilk klubu, hazırda isə Sevimli Bala Elm Mərkəzi 2014-ci ilin mayında açılıb və geniş sahədə astronomiya və paleontologiya, mental riyaziyyat, uşaq elmi laboratoriyaları, xarici dillər, məktəbəqədər hazırlıq və başqa əlavə məşğələlər təqdim edir.

Sonuncu klub - Baby-Club 2016-ci ilin dekabrında açılıb və məşhur beynəlxalq təhsil şəbəkəsi Baby-Clubun Azərbaycanda ilk filialıdır. Klubun fəaliyyəti səkkiz aydan yeddi yaşınadək uşaqlarda 10 intellektin inkişafına yönəlib.

 “CinemaPlus” yüksək görüntülü rəqəmsal proyeksiya sisteminə malik və 3D kontentini nümayiş etdirmək imkanı olan kinoteatrlar şəbəkəsidir. Həmçinin yüksək keyfiyyətli kinoekranlar, yüksək parlaqlıq və “Enchanced 4KBarco” dəqiq görüntü texnologiyası sayəsində kinofilmləri ən yaxşı və ən yüksək keyfiyyətdə nümayiş etdirmək imkanı verir.

Bundan başqa, “CinemaPlus” ilk dəfə Azərbaycanda Dolby Atmos dünya sistemini tətbiq edib. “CinemaPlus” kinoteatrlar şəbəkəsinə 10 kinoteatr, 44 ekran və 4323 oturacaq yeri daxildir.

HARMITS Studio – video istiqamətində ixtisaslaşan, dünya standartlarına cavab verən texnika ilə təchiz olunmuş peşəkar komandadır. Şirkət reklam çarxlarının, animasiya filmlərinin, musiqili kliplərin, bədii və sənədli filmlərin yaradılması ilə məşğuldur. Videoistehsalın bütün mərhələləri ideyanın, ssenarinin hazırlanmasından, raskadrovkasından, aktyor seçimindən, avadanlıq və çəkiliş üçün məkanlardan asılıdır.

Yazılış və əlavə məlumat üçün 055-504-00-53 nömrəsinə zəng vurun. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri