Noy
2018
20:08
110
55
2725
Virtual karabakh

“Leyli və Məcnun” operasının 110 illiyinə həsr olunmuş tədbir keçirilib

7 Noy, 2018
20:08
2725

“Leyli və Məcnun” operasının 110 illiyinə həsr olunmuş tədbir keçirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün gözdən əlil uşaqlar üçün 38 nömrəli musiqi məktəbində Ü.Hacıbəyovun “Leyli və Məcnun” operasının 110 illiyinə həsr olunmuş tədbir keçirilib. 

Oxu.Az xəbər verir ki, tədbirin əvvəlində opera haqqında məlumat verilib.

Çoxsəsli xorun ilk sadə nümunəsi olan, Rast muğamı əsasında qurulan “Şəbi-Hicran” səsləndirilib.

Sonra müəllimlər Leyli və Məcnun rolunda çıxış ediblər, ardınca Ruslan tarda, Nazə isə kamançada ifa edib.

Daha sonra səkkiz qızdan ibarət ansambl “Leylini qoyma məktəbə getsin” qızlar xorunu səsləndiriblər.

Qarmonçalan Əhəd Əliyevin nəticəsi Aleksandriya Sevinc Sultanzadə fon Brüseldorff tədbirlə bağlı təbriklərini çatdırıb. 

Nəzrin Həsənova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri