Noy
2018
16:53
214
50
5983
Virtual karabakh

Azər Məmmədzadə: KVN zamanla ayaqlaşır

9 Noy, 2018
16:53
5983

Azər Məmmədzadə: KVN zamanla ayaqlaşır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Düz 57 il əvvəl - 1961-ci il noyabrın 8-də SSRİ Mərkəzi televiziyasında “Şən və hazırcavablar klubu” (KVN) verilişinin ilk buraxılışı yayımlanıb. Bu gün 2001-ci ildən Beynəlxalq KVN günü kimi qeyd edilir. 

Azərbaycanın KVN komandası olan “Bakılı oğlanlar” Sovet İttifaqı ölkələrində ən sevilən və məşhurlardan idi. 

Oxu.Az komandanın əfsanəvi üzvü Azər Məmmədzadə ilə söhbət edib. 

- Hazırkı KVN əvvəlki komandadan çox fərqlənir. Bu illər ərzində KVN necə dəyişib?

- KVN və onun bu illər ərzində necə dəyişməsini 2-3 sözlə ifadə etmək mümkün deyil. Belə deyə bilərəm: KVN dünya ilə birlikdə dəyişir, o, zamanla ayaqlaşır. Və burada əsas pay sahibi bu günə qədər KVN-i aparan Aleksandr Vasilyeviç Maslyakovdur. 

- Bugünkü Azərbaycan KVN-nin vəziyyəti necədir?

- Hesab edirəm ki, Azərbaycan KVN-nin vəziyyəti normaldır. Bizim ölkəni beynəlxalq arenada təmsil edəcək komandamız var. Ancaq onları hələ böyük yol gözləyir. Vaxtilə bizdə olduğu kimi, onlar üçün də müəyyən qədər asan və müəyyən qədər çətin olur. 

- Çətinlik nədən ibarətdir?

- Əsas çətinliklərdən biri rəqabətdir. 

Biz KVN-də oynamağa başlayan zaman az sayda komanda vardı. Hazırkı komandaların isə Yüksək Liqaya qalxması üçün yüzlərlə rəqibləri var. Çoxlu sayda rəqib arasında fərqlənmək çətin tapşırıqdır. Onlar bir neçə cəhd ediblər: uğurlu və uğursuzları olub. Ancaq düşünürəm ki, komandamız bunun öhdəsindən gələcək. 

- O zamanlar üçün darıxırsınız?

- Deməzdim ki, darıxıram. Ancaq bəzən o zamanlara boylanmaq istəyirəm, mənim o dövrlərlə bağlı çox isti və xoş xatirələrim var. 

- Hansı xatirələrinizi bölüşə bilərsiniz?

- Oyunumuza baxmaq kifayətdir – bu, bizim xatirələrimizdir. Səhnə arxasında baş verənlərə gəlincə isə, bu, əsasən komandamıza, yoldaşlarımıza, dostlarımıza aiddir. 

1992-1995-ci illərin, sözsüz ki, 2000-ci illərin oyunlarına baxmaqla festival səfərlərimizi xatırlayıram və ondan həzz alıram. Eyni zamanda, bunların necə baş verdiyini xatırlayıram. Bunun arxasında isə böyük əmək dayanır. 

Çinarə Q. 
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri