Noy
2018
12:14
61
114
14691
Virtual karabakh

Aqil M.Quliyevdən Amaliya Pənahovaya - İTHAF

9 Noy, 2018
12:14
14691

Aqil M.Quliyevdən Amaliya Pənahovaya - İTHAF

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rejissor Aqil M.Quliyev çəkdiyi “Şaman” filmini mərhum Xalq artisti Amaliya Pənahovanın xatirəsinə həsr edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə Ölkə.az-a açıqlamasında rejissor bildirib:

“Amaliya xanımla sonuncu dəfə ötən il görüşüb film barədə danışmışdıq. Vəfat etməsi xəbərini sizdən eşidirəm. Çox pis xəbər oldu. “Şaman” filmində daha bir Xalq artisti Yuri Baliyev də çəkilirdi və o da vəfat etdi. Allah hər ikisinə rəhmət eləsin!”

Qeyd edək ki, A.Pənahovanın çəkildiyi sonuncu film olan “Şaman” qədim türk mifologiyası üzərində qurulan əhvalatdır. Filmin təqdimatı bu ilin əvvəlində keçiriləcəkdi.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri