22 
Noy
2018
18:24
146
50
4906
Virtual karabakh

İlqar Safat: İdo Netanyahu Azərbaycana çox maraq göstərir

22 Noy, 2018
18:24
4906

İlqar Safat: İdo Netanyahu Azərbaycana çox maraq göstərir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrail yazıçısı İdo Netanyahu Azərbaycana və İsraillə mədəni əlaqələrimizin möhkəmləndirilməsinə çox maraq göstərir.

Oxu.Az xəbər verir ki, bu fikirləri Media.Az-a açıqlamasında hazırda Bakıda İ.Netanyahunun “Məna axtarışında” əsərinin səhnələşdirilməsi üzərində işləyən azərbaycanlı rejissor İlqar Safat deyib. 

Onun sözlərinə görə, İ.Netanyahu həyat yoldaşı ilə birlikdə ilin sonunadək keçirilməli olan tamaşanın premyerasında iştirak etmək niyyətindədirlər. 

Rejissor əlavə edib ki, premyeranın keçiriləcəyi məkan yaxın vaxtlarda açıqlanacaq. Tamaşa rus dilində olacaq. 

“Bu tamaşanın İsrail və Rusiyada göstərilməsi də mümkündür. Ancaq biz bununla Bakıdakı premyeradan sonra məşğul olacağıq”, - rejissor bildirib. 

O etiraf edib ki, İ.Netanyahunun əsəri və buradakı Viktor Frankl obrazı onun marağına səbəb olub. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri