26 
Noy
2018
17:31
160
20
3699
Virtual karabakh

Paşinyan AİB-in Minskdəki toplantısına qatılmayacaq

26 Noy, 2018
17:31
3699

Paşinyan AİB-in Minskdəki toplantısına qatılmayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyanı “seçkiqabağı” məzuniyyət zamanı onun birinci müavini Ararat Mirzoyan əvəz edəcək. 

Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bununla bağlı A.Mirzoyan “Facebook” hesabında məlumat verib. 

“Baş nazirin qərarı ilə məzuniyyət vaxtı onu əvəz edəcəyəm. Ermənistanı Avrasiya İqtisadi Birliyində (AİB) təmsil edəcəyəm”, - o yazıb. 

AİB-in hökumətlərarası şurasının iclası noyabrın 27-də Minskdə keçiriləcək. 

N.Paşinyan parlamentə keçiriləcək növbədənkənar seçkilər çərçivəsində seçkiqabağı kampaniyada iştirak etmək üçün noyabrın 26-dan dekabrın 5-dək məzuniyyətdə olacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri