28 
Noy
2018
15:56
25
87
9318
Virtual karabakh

“Karmen” tamaşasında müğənninin ağzı cırıldı - FOTO

28 Noy, 2018
15:56
9318

“Karmen” tamaşasında müğənninin ağzı cırıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən Rusiyanın Yekaterinburq şəhərindəki teatrda “Karmen” tamaşasının gedişində opera müğənnisi İlham Vəliyevin ağzı cırılıb.

Oxu.Az Virtualaz.org-a  istinadən xəbər verir ki, opera müğənnisinin özü bu barədə sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, hadisə onun qəhrəmanı - əsgər Xosenin toreadorla döyüşdüyü səhnədə baş verib. Artist qeyd edir ki, bu cür dava səhnələrinə onlar peşəkar kaskadyorun rəhbərliyi altında hazırlaşırlar və bu cür hala ilk dəfədir ki, rast gəlinir.

Ciddi zədəyə baxmayaraq, İlham Vəliyev tamaşanı sona qədər oynayıb və xəstəxanaya çatdırılıb. Onun ağzına tikiş qoyulub.

Qeyd edək ki, opera müğənnisi İlham Vəliyev Başqırdıstanın paytaxtı Ufa şəhərində anadan olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri