16 
Dek
2018
14:20
339
25
12163
Virtual karabakh

İçərişəhərdə yeni aşkarlanan orta əsrlərə aid hamam

16 Dek, 2018
14:20
12163

İçərişəhərdə yeni aşkarlanan orta əsrlərə aid hamam

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstriyanın "Atelier Erich Pummer GmbH" şirkəti son bir il ərzində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda yeni aşkar olunan orta əsrlərə aid hamamın yenidən qurulması və bərpası ilə məşğuldur.

Oxu.Az xəbər verir ki, şirkət rəhbəri Erik Pummer Trend-ə bildirib ki, bərpa işlərə 2018-ci ilin mart ayından başlanıb.

Qoşa Qala Qapısı yaxınlığında yerləşən, təxminən XVII əsrə aid edilən hamam Bakının çar Rusiyası tərəfindən işğalından sonra hamam və onun ətraf əraziləri hərbçilər tərəfindən müxtəlif məqsədlər üçün istifadə olunub. Daha sonra hamamın günbəzləri dağıdılıb, üzəri torpaqla örtülüb.

E.Pummerin sözlərinə görə, burada ilk arxeoloji işlər 90-cı illərdə aparılıb, lakin yarımçıq qalıb:

"Hazırda görülən arxeoloji işlərə isə iki ildən artıqdır başlanıb. Qazıntı işlərini arxeoloq İdris Əliyev aparıb. Arxeoloqun rəhbərliyi ilə hamam torpaq qatından təmizləndikdən sonra biz abidənin bərpasına başladıq. Mart ayından etibarən hamamın tam olaraq yenidən qurulması və bərpası işləri aparılır. İlkin mərhələdə torpaq təmizləndikdən sonra hamamın günbəzləri yenilənib. Günbəzlərdən biri tam bərpa olunub, digəri isə tikilməkdədir. Hamamda aparılan işlərin heç birində müasir texnika və avadanlıqlardan istifadə olunmur. Xırda daş parçalarının yonulmasına qədər bütün işlər əllə görülür".

2019-cu ilin dekabr ayında bərpa işlərinin yekunlaşdırılması və hamamın tam olaraq təhvil verilməsi nəzərdə tutulur.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri