18 
Dek
2018
09:50
25
182
20989
Virtual karabakh

“Son şam yeməyi”nin sirri açıldı - Bəşəriyyətin sonu

18 Dek, 2018
09:50
20989

“Son şam yeməyi”nin sirri açıldı - Bəşəriyyətin sonu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyalı rəssam Leonardo da Vinçi 4006-cı ildə qiyamətin baş verəcəyini öncədən deyib.

Oxu.Az Gazeta.ua-ya istinadən xəbər verir ki, belə bir nəticəyə Vatikan tarixşünası Sabrina Sfortsa Qalitsiya gəlib.

Tədqiqatçı Da Vinçinin məşhur “Son şam yeməyi” rəsmində kətan üzərində olan simvol və işarələri hərtərəfli şəkildə təhlil edib. Orada günün 24 saatını bildirmək üçün istifadə olunan 24 latın hərfinin simvolizmi alimin diqqətini çəkib. Da Vinçi xüsusilə üç rəqəminə üstünlük verib, üç pəncərə, üç həvari qrupu və s.

Bürc işarələrinin köməyi ilə o, Da Vinçinin 21 mart 4006-cı ildə dünyanı sonu olacağına eyham vurduğunu müəyyən edib. İddiaya görə, qeyd olunan gün böyük daşqın baş verəcək və həmin ilin noyabrın 1-nə kimi davam edəcək. Onun proqnozuna əsasən, bütün bəşəriyyət məhvə düçar olacaq.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri