20 
Dek
2018
15:39
74
22
2264
Virtual karabakh

Eyvazov və Netrebko Kremldə çıxış edəcəklər

20 Dek, 2018
15:39
2264

Eyvazov və Netrebko Kremldə çıxış edəcəklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya və Azərbaycanın Xalq artistləri Anna NetrebkoYusif Eyvazov 2019-cu il iyunun 4-də Kreml sarayının səhnəsində çıxış edəcəklər.

Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, onlarla yanaşı, Andrea BoçelliOlqa Peteryatko da birgə konsertə qatılacaq. 

Bununla bağlı konsertin təşkilatçısı olan “Berin Iglesias Art” şirkəti məlumat yayıb. 

“Bütün dünyadan tamaşaçıların qatılacağı möhtəşəm konsert musiqi tarixinə düşəcək. Bu konserti Qızıl meydanda Netrebko və Xvorostovskun konserti və ya 1990-cı ildə Romada baş tutan üç əfsanəvi opera ifaçısının – Dominqo, Karreras və Pavarottinin konserti ilə müqayisə etmək olar”, - konsertin prodüseri Maksim Berin deyib. 

Kreml sarayında klassik ariya ilə yanaşı, məşhur mahnılar ifa ediləcək. Konsert simfonik orkestr və xorun müşayiəti ilə keçiriləcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri