21 
Dek
2018
21:29
234
186
23010
Virtual karabakh

Netanyahu Qubada - FOTO

21 Dek, 2018
21:29
23010

Netanyahu Qubada - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrail baş nazirinin doğma qardaşı, tanınmış dramaturq İdo Netanyahu ölkəmizdə səfərdədir.

Oxu.Az Stmegi.com-a istinadən xəbər verir ki, İ. Netanyahu Quba rayonunun Qızmızı Sloboda qəsəbəsində olub.

O, iki sinaqoqa və dağ yəhudiləri mesenatlarının təşəbbüsü ilə inşa edilməkdə olan dağ yəhudiləri muzeyinə baş çəkib.

Siyasi ekspert Arye Qutun verdiyi məlumata görə, İ. Netanyahu Qırmızı Sloboda qəsəbəsinə səfərindən məmnun qalıb. O deyib ki, qəsəbə dağ yəhudilərinin yaşaması üçün möhtəşəm və əsrarəngiz bir yerdir.

“Burada dağ yəhudilərinin adət və ənənələrinin qorunması təqdirəlayiqdir”, - deyə qonaq bildirib.

Bundan əlavə, dünən İ. Netanyahu Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevlə görüşüb.

Qeyd edək ki, dekabrın 22-də saat 19:30-da Beynəlxalq Muğam Mərkəzində İ. Netanyahunun “Anlamın axtarışında” pyesinin premyerası baş tutacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri