25 
Dek
2018
09:13
93
49
3429
yuxarı
Baş nazir qərar verdi: İçərişəhərdə yeni mərkəz yaradılır
25 Dek, 2018
09:13
3429
93
49
Baş nazir qərar verdi: İçərişəhərdə yeni mərkəz yaradılır
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunda “Ənənəvi İncəsənət Mərkəzi” yaradılıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunda Ənənəvi İncəsənət Mərkəzi yaradılır.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə Ənənəvi İncəsənət Mərkəzinin saxlanılması xərclərini Azərbaycan Respublikasının dövlət büdcəsindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə ayrılan vəsait çərçivəsində təmin etmək tapşırılıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək