23 
Yan
2019
15:06
20
71
2367
Virtual karabakh

Azərbaycanın “Dostluq” ordeni kavaleri vəfat etdi

23 Yan, 2019
15:06
2367

Azərbaycanın “Dostluq” ordeni kavaleri vəfat etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya və Azərbaycan Yazıçılar İttifaqlarının üzvü, professor; Böyük Vətən müharibəsi veteranı, “Dostluq” ordeni kavaleri; AMEA Tarix İnstitutunun fəxri professoru, Naxçıvan Dövlət Universitetinin fəxri doktoru Rufold İvanov 88 yaşında vəfat edib. 

Oxu.Az xəbər verir ki, 1931-ci ildə Pyatiqorskda doğulan rus qafqazşünası 27 kitabın, 200-dən çox məqalə və oçerkin müəllifidir. 

Onun əsərləri arasında 475 tarixi sənəddən toplanmış materiallar əsasında “Ölüm-dirim savaşı. Açılmış arxivlər Nəriman Nərimanovun Azərbaycanda bolşevizm təhriflərinə qarşı mübarizəsinin sirlərini üzə çıxarır” kitabı xüsusi yer tutur. 

Bundan başqa, yazıçının “Azərbaycan həqiqəti, Rusiyanın gəlməsi və İran motivləri. XIX əsr Azərbaycan tarixi oçerkləri” və “Kəlbəli xan Naxçıvanski. Onun dövrü və irsi” kitabları da var. 

Rudolf İvanov Azərbaycanın “Dostluq” ordeni kavaleri, BMT-nin “Dünya informasioloqlar elitası” beynəlxalq mükafatı laureatıdır.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri