25 
Yan
2019
16:59
194
35
5534
Virtual karabakh

Ramiz Həsənoğluna AzTV-də vəzifə verildi

25 Yan, 2019
16:59
5534

Ramiz Həsənoğluna AzTV-də vəzifə verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Rövşən Məmmədov kadr islahatlarını davam etdirir.

Oxu.Az-ın məlumata görə, o, Xalq artisti, tanınmış rejissor Ramiz Həsənoğluya vəzifə verib.

Ramiz Həsənoğlu “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin direktoru təyin edilib. O, bu postda  Əməkdar jurnalist Səyavuş Məmmədovu əvəz edib

Xatırladaq ki, prezident İlham Əliyev yanvarın 15-də Arif Alışanovu qurumun sədri vəzifəsindən azad edib.

Hazırda AzTV-də köhnə sədrin maliyyə işlərinə dair yoxlamalar gedir.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri