Fev
2019
11:58
113
24
2993
Virtual karabakh

Şəhid xanımından yeni layihə: “Talandı torpağımız” - FOTO

8 Fev, 2019
11:58
2993

Şəhid xanımından yeni layihə: “Talandı torpağımız” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist, tanınmış ifaçı və şəhid xanımı Aybəniz Haşımova şəhid olan uşaqlara layihə həsr edib.  

Bu barədə müğənni Oxu.Az-a açıqlamasında məlumat verib.

A.Haşımovanın sözlərinə görə, layihə “Talandı torpağımız” adlanır: 

“Qarabağda və ümumiyyətlə, ermənilər tərəfindən öldürülən uşaqlarımıza bir layihə həsr etdim. Artıq layihə hazırdır və yaxın günlərdə təqdimatı olacaq.

Layihə “Talandı torpağımız” adlanır. Bu mahnının sözləri dahi şairimiz Bəxtiyar Vahabzadəyə, musiqisi Xalq artisti Niyaməddin Musayevə aiddir.

Mahnını “Sənət Akademiyası”nın yetirməsi Milana Nəbiyeva ifa edəcək”.

 A.Haşımova qeyd edib ki, klipdə şəhid olan uşaqları “Sənət Akademiyası”nın yetirmələri canlandırıb.  

Klipin operatoru Nadir Mehdi, rejissor və ssenari müəllifi A.Haşımovadır.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri