Fev
2019
21:49
23
356
9031
Virtual karabakh

“Ayrılığ”ın müəllifi vəfat etdi

“Ayrılıq” mahnısının sözlərinin müəllifi Rəcəb (Fərhad) İbrahimi Korabazlı vəfat edib.

Oxu.Az-ın xəbərinə görə, Rəcəb İbrahimi 83 yaşında Tehranda dünyasını dəyişib.

Qeyd edək ki, R.İbrahimi 1936-cı ildə Ərdəbilin Korabas kəndində doğulub. 

O, bəstəkar və tarzən Əli Səlimi ilə tanış olduqdan sonra “Ağlama”, “Açıl Səhər” və “Ayrılıq” şeirlərini yazıb.

“Ayrılıq” mahnısını ilk dəfə bəstəkarın həyat yoldaşı Fatma Qənnadi oxuyub, 1958-ci ildə Tehran radiosunda səsləndirilib. 

Mahnı 1963-cü ildə Tehrana səfər edən Rəşid Behbudova təqdim olunub. R.Behbudov ifasından sonra “Ayrılığ”ın şöhrəti İran, Cənubi və Şimali Azərbaycan sərhədlərini aşmağa başlayıb və ümumtürk dünyasının ən məşhur mahnılarından biri kimi tanınıb.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri