15 
Fev
2019
14:06
85
22
2887
Virtual karabakh

XIX əsr Bakısına “səyahət” - VİDEO

15 Fev, 2019
14:06
2887

XIX əsr Bakısına “səyahət” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın ən qədim və ən görməli məkanı hesab olunan İçərişəhərin təkamül prossesini gözləri ilə görmək istəyənlər üçün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi maraqlı sərgiyə start verib.

Belə ki, Bakı Fotoqrafiya Evində fotoqraf Sənan Ələsgərovun əsərləri və tədqiqatçı Bəhruz Hüseynzadənin şəxsi kolleksiyasından ibarət fotosərgi təqdim olunub.

Bu fotolar ötüb keçən zamanın şəhər mühitinin yalnız landşaftını, işıq və havasını deyil, həm də baxışını da dəyişdirdiyinə sənədli şahidlik edir.

Rəssam və tədqiqatçı Bəhruz Hüseynzadə artıq 15 ildir, fotokolleksiya toplayır. Onun kolleksiyasına XIX əsrin sonu – XX əsrin əvvəlinə aid yüzlərlə orijinal fotoşəkil daxildir. Bakı Fotoqrafiya Evində bundan sonra da maraqlı sərgilərin təşkil olunması nəzərdə tutulub.

“İçərişəhər” adlı fotosərgi 14 aprel tarixinə qədər davam edəcək.

 
Billurə Mikayıllı, Valeh Arifoğlu

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri