Mar
2019
13:09
34
85
2349
Virtual karabakh

Tanınmış “KVN”çi Bakıda master-klas keçdi - FOTO

5 Mar, 2019
13:09
2349

Tanınmış “KVN”çi Bakıda master-klas keçdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

KVN (ŞHK) Yüksək liqasının keçmiş redaktoru, Azərbaycan liqasının baş redaktoru, “SOK” KVN (ŞHK) komandasının kapitanı və Yüksək Liqanın çempionu Dmitri Kolçin Bakıya səfər edib.

Azərbaycanın Şən və Hazırcavablar Klubunun mətbuat xidmətindən verilən məlumata görə, Bakıda keçirilən master-klass Azərbaycanın rəsmi liqasının yaradılışının beş illiyinə həsr olunub.

Tanınmış rusiyalı “KVN”çi gənclərin peşəkar bacarıqlarını artırması və gələcək beynəlxalq turnir və festivallara daha yaxşı hazırlaşması azərbaycanlı həmkarları ilə öz təcrübəsini və bu sənətin incəliklərini bölüşüb. Kolçin, eyni zamanda, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

D. Kolçinin Bakı səfəri çərçivəsində Bakı Dövlət Universitetində “Gənclərin inkişafında KVN-nin (ŞHK) rolu” mövzusunda dəyirmi masa təşkil olunub. Toplantıda ölkənin müxtəlif ali təhsil ocaqlarının, o cümlədən, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisadiyyat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Avrasiya Universiteti və Sumqayıt Dövlət Universiteti rəhbərliyinin nümayəndələri iştirak edib.

Tədbirdə KVN (ŞHK) hərəkatının Azərbaycan dövlətinin gənclər siyasətinin tərkib hissəsi olduğu qeyd olunur. Bizim KVN-çilərin beynəlxalq səhnələrdə çıxışı dövlət strukturları səviyyəsində dəstəklənir. Bu, öz növbəsində gənclərə əlavə stimul və motivasiya verir. Aparıcı ali təhsil ocaqlarının rəhbərliyinin (BDU, ADNSA, İqtisadiyyat Universiteti) yerli KVN hərəkatına dəstəyi xüsusi vurğulanıb. Sözügedən universitetlərin komandaları son beş il ərzində ən yaxşı nəticələri göstərib.

Azərbaycanın Şən və Hazırcavablar klubunun rəhbəri Rəşad Əzizov D.Kolçinlə bir sıra məsələləri müzakirə edib. Müzakirələrdə ölkədə KVN (ŞHK) televiziya məktəbinin yaradılması məsələsinə toxunulub. 

Bu təcrübənin ölkədə uğurlu olmasının bariz nümunəsi kimi Azərbaycan televiziya liqası layihəsi göstərilib. Sözügedən layihənin Azərbaycan teleməkanındakı uğurunu yüksək telereytinqlər də təsdiq edir.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə keçirilib. Azərbaycanın Şən və Hazırcavablar Klubu göstərilən dəstəyə görə BDU-nun rektor vəzifəsini icra edən Firudin Qurbanova və Gənclər və İdman Nazirliyinə təşəkkür edir.

Azərbaycanın Şən və Hazırcavablar Klubunun mətbuat xidməti hazırda ATV Liqasının yarımfinalın hazırlıqların getdiyini açıqlayıb. Yarış aprelin 1-də Gənc Tamaşaçılar Teatrında keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri