Mar
2019
14:53
16
77
2397
Virtual karabakh

Cəfər Cabbarlının ev muzeyi ilə bağlı nazirdən - AÇIQLAMA

5 Mar, 2019
14:53
2397

Cəfər Cabbarlının ev muzeyi ilə bağlı nazirdən - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəfər Cabbarlının ev muzeyi dövlət balansında olmadığı üçün biz binanın taleyini ailə yaxınları ilə müzakirə edirik.

Oxu.Az xəbər verir ki, bu sözləri mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, C.Cabbarlının ev muzeyi 2006-cı ildən dövlətə məxsus deyil:

“Həmin ev C.Cabbarlının ailəsi tərəfindən özəlləşdirilib. Bu müddət ərzində binanın təmir-bərpa işləri üçün zəruri tədbirlər həyata keçirilmədiyindən bina yararsız hala düşüb. Lakin binanın dövlət hesabına təmiri üçün o, yalnız dövlət balansında olmalıdır.

2012-ci ildə bina tam yararsız hala düşdüyü üçün binadakı əmlak teatr muzeyinə köçürülüb. Biz bu məsələni ailəsi ilə müzakirə etmişik. Ailə istəyir ki, o evin yerində yeni ev tikilsin və evin birinci mərtəbəsi C.Cabbarlının ev muzeyi edilsin.

Bu təcrübə mövcuddur. Ə.Əzimzadənin də ev muzeyinin hazırlanması bu şəkildə aparılıb. Biz özümüz də həmin binanın vəziyyətindən narahatıq. Çünki Mədəniyyət Nazirliyinin səlahiyyətində binanı tikmək, dağıtmaq yoxdur.

Aidiyyəti orqanlar və mütəxəssislər araşdırma aparmalı və hansı istiqamətdə işlərin görülməsinə rəy verməlidir. Ümid edirəm ki, C.Cabbarlının ev muzeyində ən qısa zamanda bərpa işləri görüləcək”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri