Mar
2019
16:25
47
279
5155
Virtual karabakh

Nazir Afət Fərmanqızının mahnısından danışdı: Qadağa qoya bilmərik

Nəsiminin məzarının gətirilməsi üçün əsaslı sübutlar lazımdır.

Oxu.Az xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

O bildirib ki, Nəsiminin məzarı hazırda Hələb şəhərindədir:

“Nəsiminin məzarının yerləşdiyi yer müqəddəs hesab olunur. Biz vaxtilə həmin məzarın yenidən qurulması üçün müzakirələr aparmışdıq. Lakin siyasi toqquşmalar bu layihənin gerçəkləşməsinə imkan vermədi. Onun varisləri ilə ünsiyyəti hər zaman davam etdiririk”.

Nazir M.Müşfiqin olduğu ehtimal edilən qalıqların analizi ilə bağlı işlərin hələ də davam etdiyini vurğulayıb:

“Dövlət tərəfindən bu məsələnin araşdırılmasına xüsusi mütəxəssislər təyin edilib. Əgər hər hansı bir sübut olunmuş qalıqlara rast gəlinərsə, sözsüz ki, dövlət tərəfindən bu istiqamətdə lazımi addımlar atılacaq. Bu günə qədər isə bu istiqamətdə heç bir elçi sübutlar, əsaslar mövcud deyil. Bu istiqamətdə proses davam edir”.

Ə.Qarayev ifaçı Afət Fərmanqızının Nəsiminin qəzəlinə mahnı oxumasına da münasibət bildirib:

“Mən, ümumiyyətlə, bizim yaradıcı prosesə həssaslıqla yanaşmağı tövsiyə edirəm. Xüsusilə nüfuzlu insanaların, ədiblərin yaratdığı əsərlərin müasir tərzdə təqdim olunmasında maraqlı olsaq da, keyfiyyət baxımından ciddi bir daxili nəzarət olmalıdır.

Hər insanın yaradıcılıq qabiliyyəti onun dünyagörüşündən, ifasından və əsəri təsvir etməsindən bilinir. Elə əsərlər olur, uğurlu olur, eləsi isə yox. Uğursuz olanda cəmiyyət tərəfindən ciddi tənqidə məruz qalır. 

Ölkəmizin böyük tarixi və ədəbi incəsənətlə bağlı olan mirası var və bunun müasir şəkildə yeni formalarda təbliğində maraqlıyıq. Amma yaradıcı insanlar bu işdə ciddi məsuliyyət sahibi olmalıdırlar. Ona görə də biz televiziyalarda ictimai şuranın yaradılmasında maraqlıyıq ki, heç olmasa, bu işlərdə çərçivə müəyyən edilsin və ictimai nəzarət olsun. Çünki Azərbaycan televiziyalarında senzura yoxdur, biz qadağa qoya bilmərik. 

Mən rəsmi məktub yaza bilərəm ki, bu kimi nümunələrin yayılmasına nəzarət etsinlər. Amma sosial şəbəkələrə necə qadağa qoymaq olar?! Yenə də deyirəm, bu, birbaşa insanların daxili mədəniyyətindən asılıdır”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri