Mar
2019
17:08
31
147
2210
Virtual karabakh

Nazir regionlardakı dağıdılmış kitabxanalardan danışdı

5 Mar, 2019
17:08
2210

Nazir regionlardakı dağıdılmış kitabxanalardan danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İslahatlar nəticəsində regionlarda mədəniyyətlə bağlı sahələrdə müsbət mənada dəyişikliklər olacaq.

Oxu.Az xəbər verir ki, bu sözləri mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib. 

Nazir regionlarda dağıdılmış müəssisə və kitabxanaların olduğuna diqqət çəkib.

“10 il bundan qabaq kitabxanaların sayı az idi, aparılan islahatlardan sonra bu gün ölkədə 2600 kitabxana var. Bu istiqamətdə işlər davam etdiriləcək” deyən nazir onu da əlavə edib ki, kinemotoqrafiya sahəsində bir neçə yeni layihə müzakirə edilir:

“Azərbaycanda kino sahəsində yüksək inkişafın əldə edilməsi üçün zəruri layihələr həyata keçiriləcək. Kino sahəsində bu günə qədər qət etdiyimiz məsafə onu göstərir ki, aparılan islahatlar öz nəticəsini verir. Bundan başqa, cənab prezident yaradıcı insanlar üçün şəraitin yaradılmasına tapşırıqlar verib.

Teatr sahəsində yeni avadanlıqların alınması, bəzi maliyyə məsələlərinə dayanan problemlərin aradan qaldırılması üçün yeni sistemli layihələr gerçəkləşdiriləcək. Teatr idarəetmə sisteminin formalaşması üçün aparıcı teatrlara əlavə vəsaitlər ayrılacaq. Bəzi qanunlara əsaslanan mövcud sistem müasir əsasda qurulmalıdır”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri