Mar
2019
22:42
150
28
1379
Virtual karabakh

TÜRKSOY Ankarada “Nəsimi ili”nin açılış mərasimini keçirdi

6 Mar, 2019
22:42
1379

TÜRKSOY Ankarada “Nəsimi ili”nin açılış mərasimini keçirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ümummilli lider Heydər Əliyev İmadəddin Nəsimi şəxsiyyətinə və yaradıcılığına həmişə böyük ehtiramla yanaşıb.

AZƏRTAC xəbər verir ki, bu fikir Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Ankaradakı mənzil qərargahında keçirilən “Nəsimi ili”nin açılış mərasimində səslənib.

Nazirlər, digər ali vəzifəli şəxslər, səfirlər, diplomatik korpusun məhsul əməkdaşları, görkəmli ədəbiyyatçılar, QHT və KİV təmsilçilərinin iştirak etdikləri mərasim Azərbaycan Mədəniyyət Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanası tərəfindən birgə təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə İmadəddin Nəsiminin yaradıcılığına həsr edilmiş kitab sərgisinə baxıblar.

Tədbirdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib ki, 2019-cu ilin türkdilli ölkələr üçün “Nəsimi ili” elan olunması haqqında qərar Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə ötən ilin dekabrında təşkilata daxil olan ölkələrin mədəniyyət nazirləri Daimi Şurasında qəbul edilib. 

“2019-cu ildə Azərbaycan Milli Kitabxanası ilə Bişkekdə, Astanada, Daşkənddə, Bakıda və digər şəhərlərdə Nəsimiyə həsr olunmuş tədbirlər təşkil edəcəyik”, - deyə Düsen Kaseinov qeyd edib.

Azərbaycan mədəniyyət naziri Əbülfəs Qarayev çıxışında 2019-cu ilin “Nəsimi ili” elan olunmasına görə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına və baş katib Düsen Kaseinova minnətdarlığını bildirib. 

Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu çıxışında Azərbaycanın görkəmli mütəfəkkiri, böyük şair İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbirlərin Ankara və İstanbul şəhərlərində təşkil edilməsindən iftixar hissi keçirdiyini bildirib və Nəsiminin əsərlərinin Türkiyədə sevilərək oxunduğunu deyib.

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki,  prezident İlham Əliyev yanvarın 11-də 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında sərəncam imzalayıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri