20 
Mar
2019
18:37
144
50
4429
Virtual karabakh

​Di Kaprio və Bred Pittin baş rolda çəkildikləri filmin treyleri yayıldı - VİDEO

20 Mar, 2019
18:37
4429

​Di Kaprio və Bred Pittin baş rolda çəkildikləri filmin treyleri yayıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə Kventin Tarantinonun yeni “Bir dəfə Hollivudda” filminin treyleri yayımlanıb.

Treyler “Sony Pictures Entertainment” YouTube kanalında yerləşdirilib.

Kriminal dramada öz dublyoru ilə birgə kino sənayesinə düşməyə çalışan aktyorun həyatında bəhs olunur.

Süjet paralel olaraq Çarlz Mensonun “Ailəsi” sektası tərəfindən təşkil edilən cinayətlərlə inkişaf edir.

Filmdə baş rolları Leonardo Di Kaprio və Bred Pitt ifa ediblər. Bundan əlavə, kinoda Al Paçino, Dakota Fanninq, Tim Rot, Marqo Robbi və Lyuk Perri çəkiliblər. 

L.Perri üçün bu film sonuncu oldu, belə ki, o, martın 4-də insultdan dünyasını dəyişdi.

Tarantino bəyan edib ki, “Bir dəfə Hollivudda” onun işləri arasında “Kriminal qiraət” filminə ən yaxın lent olacaq.

“Bir dəfə Hollivudda” dünya premyerası iyulun 26-da baş tutacaq.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri