Apr
2019
13:01
54
122
3620
Virtual karabakh

Məşhur “Səs” yarışması İTV-də

9 Apr, 2019
13:01
3620

Məşhur “Səs” yarışması İTV-də

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İctimai Televiziya və Radio Yayımları Şirkəti daha bir məşhur layihənin lisenziyasını alıb.  

Qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, İTV “Talpa Global B.V” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. 

Sənədə əsasən, onların əsas layihəsi yeni mövsümdən etibarən İctimai Televiziyada yayımlanacaq. Müsabiqəyə ilk olaraq uşaqlarla start veriləcək. Özünü bu səhnədə görmək istəyənlər öncə qeydiyyatdan keçəcəklər.

Uyğun sayılan iştirakçı seçim mərhələsinə dəvət ediləcək və məharətini münsiflər heyətinə göstərməyə çalışacaq. Daha sonra isə eyni qayda əsasında böyüklərin yarışı start götürəcək. 

Telelayihədə iştiraka dair kastinq və digər məlumatlar haqqında yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək. 

Qeyd edək ki, “Talpa Global B.V” “Səs” (The Voice) kimi yüzlərlə tamaşaçı auditoriyası olan məşhur mahnı müsabiqəsinin müəllifidir.

Xatırladaq ki, müsabiqənin lisenziyasını ilk dəfə AzTV almışdı. 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri