18 
Apr
2019
11:09
194
28
5195
Virtual karabakh

Qazıntı zamanı Bakıda qədim hamam tapılıb? - AÇIQLAMA

18 Apr, 2019
11:09
5195

Qazıntı zamanı Bakıda qədim hamam tapılıb? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıdakı “Təzəpir” məscidi ətrafında aparılan qazıntı işləri zamanı qədim hamamın qalıqlarının ortaya çıxması ilə bağlı məlumat yayılıb. 

Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov Oxu.Az-a açıqlama verib. 

O, qazıntı işləri zamanı hamamın aşkar edildiyini təsdiqləyib. 

“Həmin ərazidə hamam olub. Bir neçə il əvvəl hamam sökülüb, yerin alt hissəsində isə külxanası qalıb. Həmin hamam şəxsi mülkdə olub. Ancaq bu hamam tarixi abidələr siyahısına daxil deyil.

Qazıntı işləri zamanı üzə çıxan da hamamın külxanasıdır. İlkin araşdırmalar zamanı hamamın XX əsrin əvvəllərinə aid olduğu aydınlaşıb, ancaq qeyd etdiyim kimi, hamam tarixi abidələr siyahısına daxil olmayıb”, - F.Hüseynov bildirib.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri