22 
Apr
2019
15:43
305
29
2423
Virtual karabakh

Mərdəkan qalası və Tuba Şah məscidini türklər bərpa edəcək

22 Apr, 2019
15:43
2423

Mərdəkan qalası və Tuba Şah məscidini türklər bərpa edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Böyük Mərdəkan qalası və qalanın yaxınlığındakı Tuba Şah məscidi bərpa ediləcək.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tarixi qalanın və məscidin bərpası haqqında aprelin 18-də protokol imzalayıblar.

Qeyd edək ki,  Bakının Mərdəkan qəsəbəsində yerləşən bu qala XII əsrdə - 1187-1188-ci illərdə Şirvanşah I Axsitan tərəfindən tikilib. Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmış qaladan müxtəlif vaxtlarda müdafiə məqsədilə, eləcə də, müşahidə məntəqəsi, bəzi dövrlərdə isə qəsr kimi istifadə edilib. Tuba Şah məscidi isə 1481-1482-ci illərdə inşa edilib.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri