23 
Apr
2019
11:47
35
522
6923
Virtual karabakh

Bakının Qala divarları restorana çevrilir - AÇIQLAMA

23 Apr, 2019
11:47
6923

Bakının Qala divarları restorana çevrilir - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Kiçik Qala küçəsində Qala divarlarına zərər yetirən tikinti işlərinin aparılması haqqında yayılan məlumatlara aydınlıq gətirib.

İdarədən verilən açıqlamada qeyd olunub ki, ötən ilin sonundan etibarən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Kiçik Qala küçəsində, Qala divarları boyunca uzun illər həmin ərazidə yerləşən və abidələrə heç bir zərər yetirməyən kafe-terrasların genişləndirilməsi layihəsi həyata keçirilir.

Əlavə edilib ki, layihə işləri qətiyyən tikinti mahiyyəti kəsb etməyərək, sadəcə, şüşə və yüngül metal materialdan ibarət birmərtəbəli şüşəli, qapalı və üzərində açıq yaz-yay kafe-terraslarının yaradılmasını nəzərdə tutur.

“Bu üslubda təmir-bərpa işləri Qala divarlarına heç bir zərər vurmamaqla yanaşı, nə İçərişəhərin, nə də Qala divarının dayanıqlığına və görünüşünə xələl gətirir. İstənilən miqyasda konstruksiya işləri həm daxili, həm zahiri baxımdan İçərişəhərin ənənəvi memarlıq üslubuna uyğunlaşdırılır və yalnız İdarə tərəfindən təsdiqləndikdən sonra həyata keçirilir”, - məlumatda qeyd edilib.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri