26 
Apr
2019
01:43
200
57
2165
Virtual karabakh

Ankarada “Əli və Nino” filminin təqdimatı keçirilib

26 Apr, 2019
01:43
2165

Ankarada “Əli və Nino” filminin təqdimatı keçirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə çəkilən “Əli və Nino” filmi Ankarada nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, təqdimat Azərbaycanın Türkiyədəki səfirliyi və SOCAR tərəfindən təşkil olunub.

Film Azərbaycan xalqının müstəqillik uğrunda apardığı qətiyyətli mübarizəni, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını və o dövrdə baş verən mürəkkəb prosesləri, eləcə də XX əsrin əvvəllərində Azərbaycanın yerləşdiyi regiondakı ictimai-siyasi vəziyyəti özündə əks etdirir.

Dünyanın bir sıra ölkələrində nümayiş etdirilən “Əli və Nino” filmi Azərbaycan xalqının milli-azadlıq mübarizəsinə işıq salan ən dəyərli ekran əsərləri sırasında özünə layıqli yer qazanıb.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri