29 
Apr
2019
01:08
72
462
17033
Virtual karabakh

“Formula 1” yarışının yekun konsertində Kardi Bi fırtınası əsdi - FOTO

29 Apr, 2019
01:08
17033

“Formula 1” yarışının yekun konsertində Kardi Bi fırtınası əsdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 28-də Formula 1 SOCAR Azərbaycan Qran-Prisi başa çatdıqdan sonra “Baku Crystal Hall”da maraqlı əyləncə proqramı təşkil edilib.

AZƏRTAC xəbər verir ki, möhtəşəm avtomobil yarışında yüksək adrenalin yaşayan azarkeşlər idman mübarizəsindən sonra gözəl musiqilərin sədası altında əyləniblər. Yarış həftəsonu başa çatarkən dünyanın ən tanınmış reperlərindən olan Kardi Bi Bakı səhnəsində yer alaraq məşhur musiqi proqramı ilə Azərbaycan Qran-Prisinə yekun vurub.

“Qremmi” mükafatına layiq görülən ilk reper olan Kardi Bi əyləncəsevərlərə maraqlı gecə təqdim edib.

Formula 1 SOCAR Azərbaycan Qran-Prisi möhtəşəm şou ilə başa çatıb.

Əyləncəli gecədən sonra Kardi Bi öz Instagram səhifəsində maraqlı paylaşım edib.

“Ölmüş bir həşərat kimi uzanmışam. Bakı məni yordu. Formula 1 üçün məni seçdiyinə görə, Azərbaycana təşəkkür edirəm. Gözəl şəhər, gözəl insanlar və ləzzətli yeməklər”- deyə, o, ölkəmiz haqqında yazıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri