May
2019
21:41
18
106
3295
Virtual karabakh

“Salaam Cinema”nın binasında indi vəziyyət necədir? - VİDEO

Bir neçə gün öncə sosial şəbəkələrdə, eləcə də, cəmiyyətdə Bakının Süleyman Rüstəm küçəsində yerləşən tarixi binanın sökülməsi məsələsi müzakirə mövzusuna çevrildi. Məsələ Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqətindən kənarda qalmadı və o bu barədə öz Instagram səhifəsində fikir bildirdi:

“Azərbaycanın və onun paytaxtı Bakının memarlıq və tarixi irsinin qorunub saxlanılması hər birimiz üçün prioritet məsələdir. Onun həlli üçün həm vətəndaş mövqeyi, həm insanların öz doğma şəhərinin simasına biganə yanaşmaması, həm də fəal ictimai nəzarət gərəkdir”.

Oxu.Az-ın əməkdaşı sözügedən binaya yollayıb.

Orada həm yaşayıb, həm də çalışan “Salaam Cinema Baku”nın istedadlı və yaradıcı gənclərinin məsələ ilə bağlı fikirlərini öyrənib.

Onlar tarixi binanın sökülməsinə razı olmadıqlarını və binanın qorunmasına dair müvafiq orqanlardan yardım istədiklərini dilə gətiriblər.

“Bu bina bizim çox xoşumuza gəldi. İstəyirdik ki, bura köçərək yeni bir nəfəs gətirək. Qərara gəldik ki, “Salaam Cinema Baku” öz fəaliyyətini burada davam etdirsin. Fevral ayında köçdük bu binaya. Biz  istəmirik bu binanı söksünlər. Məhz bu səbəbdən burada qalıb binanın keşiyini çəkirik. Yanvar ayında binaya köçməmişdən əvvəl yüngül təmir işləri apardıq. Hazırladığımız sərginin açılışında bura tamam başqa görünüş aldı. Binanın birinci mərtəbəsi işlək vəziyyətə gətirdik. Novruz bayramında biz şəhərdən uzaqlaşdıq geri dönəndə gördük ki, binanın yeri uçulub. Təmiri isə biz, “Salaam Cinema Baku”nun üzvləri ediblər. Buranın100-dən çox üzvü var.

 Biz tariximizi qorumaq istəyirik. Yaxşı olar ki tariximizi qorumaqla yanaşı, “Salaam Cinema” bu binada qalıb öz fəaliyyətini davam etdirsin” - bu sözləri “Salaam Cinema Baku”nun üzvü Aqil Abdullayev müsahibə zamanı bildirib.

Binanın restavrasiya işlərinə 5-10 min manat civarında pul xərclədiklərini vurğulayan “Salaam Cinema Baku”nun digər üzvü Leyli Qafarova bildirib:

“Yaşanan olaylardan sonra bura çoxlu sayda rəsmi qurumların nümayyəndələri eləcə də  İcra hakimiyyəti, polislər gəldilər. Amma bundan daha öncə heç kim bura baş çəkməyib”. 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri