11 
May
2019
07:56
30
121
3303
Virtual karabakh

“Taxt oyunları”nda yeni əjdaha peyda ola bilər

11 May, 2019
07:56
3303

“Taxt oyunları”nda yeni əjdaha peyda ola bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Taxt oyunları” serialında Euron Qreycoy rolunu ifa edən aktyor Yohan Filip Asbek beşinci mövsümdə yeni əjdahanın peyda olacağına işarə edən məlumat yayıb.

Aktyor bu barədə “Instagram” səhifəsində paylaşım edib.

Asbek beşinci mövsümü səbirsizliklə gözlədiyini bildirib və əlavə edib ki, yeni epizodda “işıq və ölüm, eləcə də, kofe stəkanı” olacaq. Bununla da aktyor bu yaxınlarda kadrda “Starbucks”dan olan kofe stəkanının görünməyinə işarə edib. 

“Ola bilsin, siz bir, hətta iki əjdaha da görə bildiniz”, - deyə Asbek yazıb və əlavə edib, - “hətta birini də olsa, görməyə bilərsiniz”.

Qeyd edək ki, öncəki epizodun sonunda yalnız bir əjdaha sağ qalır. Aktyorun eyhamı isə beşinci seriyada ikinci əjdahanın peyda ola biləcəyindən xəbər verir.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri