14 
May
2019
11:35
16
135
2072
Virtual karabakh

Aydın Mirzəzadə “Avroviziya”dan danışdı: Əksəriyyəti I yerə layiqdir

14 May, 2019
11:35
2072

Aydın Mirzəzadə “Avroviziya”dan danışdı: Əksəriyyəti I yerə layiqdir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İmkan tapıb mahnıların hamısına qulaq asmışam, qalib olmağa layiq olan həddən çox ifa var. Amma mümkündür ki, zövqüm mükəmməl deyil və qalib diqqət etmədiyim digər bir mahnı ola bilər.

Oxu.Az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə bu gün İsrailin paytaxtı Təl-Əviv şəhərində start götürəcək “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsi ilə bağlı fikirlərini bölüşərkən bildirib.

“Yarışda 41 ölkə, o cümlədən, Azərbaycan iştirak edəcək. Azərbaycan təmsilçisi, gözəl səsə malik Çingiz Mustafayev ingilis dilində “Truth” (Həqiqət) mahnısını oxuyacaq”, - deyən millət vəkili bildirib ki, itirakçı ölkələrin əksəriyyəti müsabiqədə ancaq birinci yer tutmaq qətiyyətindədir.

“Hətta qonşu ölkələrdən birində indidən təmsilçilərinin birinci yer tuta bilməməsini artıq milli faciəyə döndəriblər. Birinci yer isə müsabiqədə ancaq bir dənədir, istənilən variantda 40 ölkə qalib olmayacaq.

Tarix isə göstərir ki, mədəniyyət yarışması ilk növbədə bayram və fərqli mədəniyyətlərin və zövqlərin birgə nümayişidir.

Dünya rəngarəngliyi ilə gözəldir və tamaşaçıları kimin qələbədən sevinməsi yox, müsabiqədən alacağı mənəvi zövq maraqlandırır. Ona görə də növbəti “Avroviziya”dan da ilk növbədə zövq alaq, dünyanı tanıyaq, özümüzü göstərək.

Bir daha yəqin edək ki, dünya gözəldir, mədəniyyət gözəldir. Bir daha yəqin edək ki, Azərbaycan gözəldir, musiqimiz gözəldir, dünyada bizim də layiqli yerimiz var”, - deyə millət vəkili əlavə edib.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri