18 
May
2019
23:50
118
29
3488
Virtual karabakh

Beynəlxalq Muzeylər günü Azərbaycanda - FOTO

18 May, 2019
23:50
3488

Beynəlxalq Muzeylər günü Azərbaycanda - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

18 may - Beynəlxalq Muzeylər Günüdür.

Oxu.Az xəbər verir ki, 1977-ci ildə təsis olunan bu gün Azərbaycanda da qeyd olunur.

Belə ki, mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdə 3 gün ərzində açıq qapı günləri elan olunub.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Qobustan Qoruğu, Azərbaycan Milli İncəsənət Muzeyi və Qara Qarayevin ev muzeyinə mediatur təşkil olunub.

Açıq səma altında olan Qobustan qoruq-muzeyində qoruğun direktoru Vüqar İsayev ziyarətçilərin sayının artdığını bildirib:

“Azərbaycana gələn turistlərin əksəriyyəti Qobustan qoruğuna üz tutur. Təkcə bu günü götürsək, 1200-dən çox qonağımız olub və artmaqda davam edir. Yanvar ayından bu günə qədər 15 mini xarici, digərləri yerli olmaqla 40 minə yaxın turist gəlib. Keçən aya baxanda sayda artım var, keçən il bu rəqəm 28-30 min arası olub”.

Qeyd edək ki, Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil edilib.


Azərbaycan Milli İncəsənət Muzeyində baş mühafiz Nailə Rəhimova muzeyin tarixi haqda məlumat verib:

“İncəsənət Muzeyinin kolleksiyasının yaranması XX əsrin 20-ci illərinin sonuna təsadüf edir. O vaxt muzey Azərbaycan Dövlət Muzeyi adlanırdı, yerli milyonçuların müsadirə olunmuş sənət əsərləri muzeydə idi.

1925-ci ildən Rusiyanın möhtəşəm muzeylərindən, Ermitajdan və digərlərindən bizim muzeyə nadir eksponatlar daxil oldu. Bu kolleksiya axını 30-cu illərdə o qədər zənginləşmişdi ki, Dövlət Muzeyinin nəzdindən çıxaraq 1936-cı ildə müstəqil İncəsənət Muzeyinə çevrildi” - deyə o qeyd edib.

Qara Qarayevin ev muzeyində isə bəstəkarın əlyazmaları, hobbisi olan fotoqraflıqla məşğul olan zaman çəkdiyi fotolar, şəxsi əşyaları yer alır.

Qeyd edək ki, sabah muzeylər üçün elan olunan açıq qapıların son günüdür.

Nəzrin Həsənova

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri