27 
May
2019
14:17
111
34
4721
Virtual karabakh

Xalq şairi: Vəzifədəkilər deyəcək ki, vay, prezident Vahid Əzizi çox istəyirmiş

27 May, 2019
14:17
4721

Xalq şairi: Vəzifədəkilər deyəcək ki, vay, prezident Vahid Əzizi çox istəyirmiş

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az-ın müxbirinin suallarını tanınmış söz ustadı, yenicə Xalq şairi fəxri adı almış Vahid Əziz cavablandırır:

- Vahid müəllim, cəmi iki gün öncə bir çox tanınmış ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri ilə yanaşı, siz də ölkə başçısı tərəfindən fəxri adla - Xalq şairi adı ilə təltif edildiniz.

Çoxdan xalqın şairi adını qazanan və bu adı haqq edən bir söz ustadı, ədəbiyyat adamı kimi, ölkə prezidentinin addımını necə qiymətləndirirsiniz, bunu gözləyirdinizmi?

- Düzünü və səmimi şəkildə deyim ki, bunu qiymətləndirmək çətindir, çünki bunun qiyməti yoxdur. Qiyməti olan bir şey qiymətləndirilməlidir. Amma bunun mənim üçün qiyməti olmadığına, yəni son dərəcə dəyərli bir şey olduğuna görə qiymət hüdudlarını görmürəm.

Nə bunu çəkə biləcək bir tərəzi, nə də bunu üstünə qoya biləcək bir qapan görürəm. Onu bilirəm ki, bu, çox yüksək dövlət qayğısıdır və sizin kimi yoldaşlar da mənə zəng edib deyəndə ki, Vahid Əziz, bu ada çoxdan layiq idin, o zaman ikiqat qürur duyuram.

Görünür, dövlət başçısının istəyi ilə xalqın istəyi üst-üstə düşdü. Bu, onda olur əsl mükafat. Amma xalqın istəyi ilə ölkə rəhbərinin istəyi üst-üstə düşməyəndə ona verilən dövlət mükafatı, fəxri ad ayama kimi görünür. Bir şeyə arxayınam ki, bu, məndə ayama kimi görünməyəcək.

Bu ad xalqın sevgisi və dövlət başçımızın diqqəti ilə bir yerdə yoğrulmuş çox dəyərli bir mükafat kimi həmişə tarixdə qalacaq.

- Yeri gəlmişkən, fəxri adlarla, mükafatlarla, orden və medallarla bağlı birmənalı fikirlər yoxdur. Bir qisim insanlar bunları sovetlərin qalığı kimi qiymətləndirərək, ləğvini istəyir, bir qisim insanlar isə fərqləndirmə, dəyərləndirmə, stimul kimi qalmasını vacib hesab edirlər...

- Söhbət ondan getmir, məsələ onda deyil ki, mənə belə bir fəxri ad verildiyinə görə onun qalmasını istəyirəm. Söhbət ondan gedir ki, bu cür dəyərləndirmələr bütün ölkələrdə var. Məsələn, Türkiyədə də dövlət sənətçisi deyilən fəxri ad, titul var.

Bütün dövlətlərdə bu və ya digər şəkildə mədəniyyət qarşısında, dövlət qarşısında, elm aləmində əməyi, xidməti olan adamlara diqqət göstərilir, dəyərləndirmələr, fərqləndirmələr olur. Sovet dövləti bunu Xalq şairi, Xalq yazıçısı, Xalq artisti kimi dəyərləndirmişdi, ortaya qoymuşdu.

Mən bilən, narazılıq o vaxt olur, yəni o qədər də layiq olmayan adama fəxri veriləndə deyirlər ki, niyə bu ad verildi?! Özü də mən demirəm ki, ən layiqlisi mənəm. Ramiz Rövşən də, Musa Yaqub da çox böyük şairlərdir. Onlar buna layiqdirlər, bunu haqq edirdilər.

Sizlərin sevgisi varsa, mən də buna layiqəm. O baxımdan, mənə belə gəlir ki, haradasa bir fərqləndirmə üçün bu adlara ehtiyac var.

Rəhmətlik Arkadi Raykinin bir fikri vardı. Deyirdi ki, həmişə dururdum yolun qırağında, rayonun rəhbəri gəlib mənim yanımdan keçəndə salam verib eləmirdi. Bir dəfə yenə yolun kənarında durmuşdum və hava çox isti idi, növbəti dəfə gəlib yanımdan keçəndə şlayapasını çıxardı, arxasından gələn 24 nəfər də vardı, onlar da şlayapalarını çıxardı, elə bilirdilər ki, mənə görədir. O vaxtdan bəri həmin adamlar məni görən kimi şlyapalarını çıxarırdılar.

Bəzən hansısa məsələlər yerinə oturuşmayanda, adamlar müəyyən bir qayğı, diqqət görməyəndə bəziləri deyirlər ki, yəqin, buna dövlət tərəfindən çəp baxırlar ki, heç nə vermirlər, odur ki, biz də ona tərəf baxmayaq. Amma mənə belə gəlir ki, möhtərəm prezidentimizin bu sərəncamından sonra məni görəndə şlayapasını çıxaranların sayı çox olacaq.

Vaxtilə çörək verdiyim, vəzifəyə qoydurduğum, partiyaya keçirdiyim adamlar ki, məni görəndə üzlərini o tərəfə tuturdular, daha indi tutmayacaqlar, deyəcəklər ki, dövlət başçısı Vahid Əzizi çox istəyirmiş ki, vay, xəbərimiz yox imiş (gülür).

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri