30 
May
2019
03:13
63
45
2175
Virtual karabakh

Teatrlar uşaqlar üçün Lənkərana toplaşdı - Aralarında xarici sənət ocaqları da var

30 May, 2019
03:13
2175

Teatrlar uşaqlar üçün Lənkərana toplaşdı - Aralarında xarici sənət ocaqları da var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəranda Birinci Beynəlxalq Uşaq Teatrları Festivalı keçirilir.

Oxu.Az xəbər verir ki, dünəndən, yəni iyunun 1-dən başlayan festival iyunun 5-dək davam edəcək.

Lənkəran Dövlət Dram Teatrının səhnəsində reallaşacaq tədbir Mədəniyyət Nazirliyinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilir. Festivalda ölkəmizin 10 sənət ocağı öz tamaşaları ilə çıxış edəcək. Həmçinin, Böyük Britaniyanın “Two Destination” Teatrı, Gürcüstanın Azad Teatrı, İranın “Muğan Hünər” və “Mika” Teatrları, habelə, Ərdəbil şəhər teatrının kollektivi iştirak edəcək.

Məlumat üçün bildirək ki, tədbir ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq təşkil olunub.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri